Müqavilə ilə Madrid "Real"ına məxsus olan Daniel Sebalyos növbəti mövsümdə də icarə əsasında "Arsenal"da çıxış edəcək.
 
Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı yarımmüdafiəçinin icarə müddəti 2020/21 mövsümünün sonuna kimi artırılıb.
 
ötən ildən icarə əsasında London klubunda forma geyinən ispan oyunçu baş məşqçi Mikel Artetanın etimadını doğruldub. Sebalyos ötən mövsüm bu komandanın heyətində meydana çıxdığı 37 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə müəllifi olub. O, İspaniya yığmasında da 9 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest