Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Matç.az saytı xəbər verir ki, yığıncaq assosiasiyanın inzibati binasında gerçəkləşib.

İclasda aşağıdakı qərarlar qəbul edilib:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələr nəzərə alınaraq və "Qarabağ" klubunda fəaliyyəti üçün daha çox vaxt ayırmasına imkan yaradılması məqsədilə millinin baş məşqçisi Qurban Qurbanovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

2. Aşağı yaş qruplarından ibarət yığma komadaların son 1 il ərzində nəticələri qeyri-qənaətbəxş sayıldığı üçün və müvafiq fəaliyyət strategiyası AFFA-ya təqdim olunmadığına görə U-21, U-18, U-17, U-16 və U-15 yığmalarının baş məşqçiləri ilə müqaviləyə xitam verilsin.

3. Lisenziya iddiaçısı olan klublar "Maliyyə məlumatları"nda "Xərclər"lə bağlı uşaq futboluna il ərzində çəkilmiş xərci açıqlamalı, digər bütün xərclər isə "Digər xərclər" kimi göstərilməlidir. "Gəlirlər"lə bağlı isə il ərzində müxtəlif mənbələrdən daxil olan vəsaitlər barədə məlumat təqdim olunmalıdır.

4. Hakimlər Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Hakimlər komitəsinin sədri

Fritz Ştuxlik 

üzvlər

Vüsal Əliyev

ömər Paşayev

Anar Salmanov

Elçin Məmmədov

Departament rəhbəri

Cavid Cəlilov

Əməkdaşlar

Akif Əmirəli

Ceyhun Haşımov

Əliyar Ağayev

Orxan Məmmədov

Şahin Cəfərov

Fitnes məşqçi

Namiq Quliyev

5. Yaşar Vahabzadə və Şahin Diniyev Məşqçilər Komitəsinin üzvü təyin olunsun.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest