Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Praqa "Sparta"sının hücumçusu Benjamin Tetteni heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Yeni Malatyaspor" qanalı futbolçunu mövsümün sonuna kimi icarəyə götürüb.
 
Tette 2018-ci ildən "Sparta"nın uğurları üçün çalışırdı. 23 yaşlı hücumçu geridə qalan mövsümdə çexiya klubunun heyətində 38 oyunda 9 qolla yadda qalıb. O, daha öncə "Standard" (Lyej), "Slovaçko", "Bohemians" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest