Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.

Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Dadaşovun komandası "Las Veqas Layt"la qarşılaşıb. Görüş "Finiks Rayzinq"in 2:0 hesablı qələbəsiylə başa çatıb.
 
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə fərqlənib.
 
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 8 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 23 xal toplayan "Finiks Rayzinq" isə B  qrupunun birincisidir.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmanın Millətlər Liqasında Lüksemburq və Kiprlə oyunları üçün Rüfətə dəvət göndərməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest