"Qarabağ"ın hücumçusu Mahir Emreli Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest