İngiltərənin "Mançester Siti" klubunun iki futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandanın üzvləri Riyad Mahrez və Emerik Laportun koronavirus testi pozitiv nəticələnib. Futbolçularda xəstəliyin simptomları müşahidə edilmir. Onlar karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest