Depressiya səbəbiylə ötən mövsümün son oyunlarını buraxan "Atalanta"nın futbolçusu Yosip İliçiç komandaya qoşulub.
 
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, sloveniyalı futbolçu artıq İtaliyadadır və düşərgəyə qayıdıb.
 
O, bu gündən "Atalanta"nın məşqlərində iştirak etməyə başlayıb.
 
İliçiç avqustun əvvəllərində komandadan ayrılaraq, ölkəsinə getmişdi. Onun depressiya yaşadığı deyilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest