Futbol üzrə İngiltərə millisinin iki üzvü - Fil Foden və Meyson Qrinvud intizamsızlığa yol verdikləri üçün heyətdən kənarlaşdırılıb. 
 
Matc.az xəbər verir ki, onlar UEFA Millətlər Liqasında I turun İslandiya ilə səfər matçında karantin qaydalarını pozublar. 
 
Hər iki oyunçu qrup mərhələsinin 2-ci turu çərçivəsində Danimarka ilə sentyabrın 8-də səfərdə oynayacaqları qarşılaşmanın hazırlıqlarında iştirak etməyib. Oyunçular Reykyavikdəki otelə qadın gətiriblər. İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt hadisəyə münasibət bildirmək istəməyib. İngiltərə Futbol Federasiyası da konkret səbəb göstərməyib. 
 
Qeyd edək ki, İngiltərə İslandiyanı 1:0 hesabı ilə məğlub edib. Hər iki futbolçu bu qarşılaşmada meydanda olub. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest