Son mövsümü Türkiyənin "Kasımpaşa" klubunda keçirən Portuqaliya yığmasının sabiq yarımmüdafiəçisi Rikardo Kuaresmanın yeni iş yeri müəyyənləşib.
 
Matc.az xəbər verir ki, portuqal futbolçu karyerasını ölkəsinin əsas liqa təmsilçisi "Vitoriya" klubunda davam etdirəcək.
 
Bu barədə Gimaraynş təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Təcrübəli futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Kuaresma "Kasımpaşa"ya ötən il "Beşiktaş"dan keçmişdi. O, geridə qalan mövsüm Super Liqada 26 matça çıxıb və 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest