İngiltərənin "Everton" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Mersisayd təmsilçisi "Real"dan Xames Rodriqesi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçiylə 2+1 illik müqavilə imzalanıb.
 
"Everton" Xames üçün "Real"a 22 milyon funt-sterlinq ödəyib. Kolumbiyalı futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest