Türkiyənin "Qalatasaray" klubu hücumçusu Adem Büyüklə yollarını ayırıb. 
 
Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı hücumçunun müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. "Sarı-qırmızılar" forvarda 2 milyon 10 min 508 TL təzminat ödəyib.
 
Ademin Super Liqanın digər klubu, sabiq komandası "Yeni Malatyaspor"la anlaşdığı bildirilir. O, 2021-ci ilin yayına qədər müqavilə ilə məxsus olduğu "cim-bom"u keçmiş komandasına dəyişib. Büyük "Qalatasaray"a ötən ilin yayında məhz "Yeni Malatyaspor"dan keçmişdi.
 
Qeyd edək ki, sentyabrın 17-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest