Yeni mövsümə hazırlığını davam etdirən "Real" ciddi itki ilə üzləşib.
 
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi İsko zədələnib.
 
Son məşqlərin birində futbolçunun ayaq biləyi çıxıb. Onun La Liqanın ikinci turu çərçivəsində sentyabrın 20-də keçiriləcək "Real Sosyedad"la oyunu buraxacağı deyilir.
 
Qeyd edək ki, "Real"ın yeni mövsümün ilk turundakı "Xetafe" ilə ev matçı da təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest