"Qalmağımı istəyirdilər. Getməyimlə bağlı müraciət etdim. Fevral-mart aylarında bu məsələyə bir daha baxılacaq. Mənim fikrim vəzifəmdən ayrılmaq, diqqətimi klubuma yönəltməkdi".

Azərbaycan millisinin baş məşqçisi postundan istefa verən Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündə qalıb-qalmayacağına 2019-cu ildə aydınlıq gələcək. Matç.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis komitənin bu gün keçirilən iclasından sonra üzv olduğu qurumdan ayrılmaq istədiyini bildirib.

Eyni zamanda "Qarabağ"ın baş məşqçisi olan Qurbanov jurnalistlərə müsahibəsində komitədəki bu dəyişikliklə bağlı məsələyə gələn il baxılacağını soyləyib: "Qalmağımı istəyirdilər. Getməyimlə bağlı müraciət etdim. Fevral-mart aylarında bu məsələyə bir daha baxılacaq. Mənim fikrim vəzifəmdən ayrılmaq, diqqətimi klubuma yönəltməkdi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest