İngiltərənin "Uotford" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, son mövsümü Premyer Liqada keçirən, lakin yeni mövsümdən çempionşipdə mübarizə aparacaq klub İtaliya təmsilçisi "Udineze"dən hücumçu Stipe Periçanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
"Zadar"ın yetirməsi olan xorvat hücumçu "Udineze"yə 2015-ci ildə "çelsi"dən transfer edilmişdi. O, son illərdə "Frozinone", "Kasımpaşa" və "Muskron" klublarında icarədə də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest