Almaniya çempionu "Bavariya"nın bu yay transfer etdiyi Tanqi Kuassi sıradan çıxıb.
 
Matc.az xəbər verir ki, Münhen klubunun 18 yaşlı müdafiəçisi Fransanın U-20 yığmasının düşərgəsində zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçunun qeyri-müəyyən müddətə sıradan çıxdığı diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Bavariya" Kuassini bu yay Fransa çempionu PSJ-dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest