"Sumqayıt"ın yarımmüdafiəçisi Rəhim Sadıxov Azərbaycan millisinin heyətində keçirdiyi ilk oyun barədə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, özünün "İnstagram" səhifəsində paylaşım edən 24 yaşlı yarımmüdafiəçi, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kiprə qarşı oyunda yığmamızın formasını geyindiyi üçün qürur duyduğunu yazıb:
 
"Bütün azarkeşlərə və bizə hər bir halda dəstək verən, narahat olan və inananlara təşəkkür etmək istəyirəm. Damarımda Azərbaycan qanı axarkən bu komandanın formasını geyindiyim üçün qürur duyuram. Əminəm ki, daha vacib qələbələr hələ qarşıdadır!".
 
Qeyd edək ki, Rəhim Sadıxov Kiprlə səfər oyununda (1:0) meydana çıxmaqla Azərbaycan yığmasında debüt edib. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 76-cı dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest