İtaliyanın "Atalanta" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyanın "Valensiya" klubunun sağ cinah müdafiəçisi Kristiano Piççinini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı italyan futbolçu satınalma şərti ilə icarəyə götürülüb.
 
Qeyd edək ki, Piççini "Valensiya"ya iki il öncə Lissabon "Sportinq"indən 8 milyon avroya transfer olunub.
 
Peşəkar karyerasına "Fiorentina"da başlayan müdafiəçi, sonralar "Karrareze", "Spetsiya", "Livorno" və "Betis"də də forma geyinib. Kristiano İtaliya yığmasında da 3 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest