İspaniyanın "Hueska" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, yeni mövsümdən La Liqada mübarizə aparacaq bu klub Almaniyanın "Ştutqart" klubunun müdafiəçisi Pablo Maffeonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı ispan futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. "Hueska" müqaviləyə satınalma şərtini də daxil edib.
 
"Espanyol"un yetirməsi olan Maffeo, 2015-ci ildə "Mançester Siti"yə transfer olunsa da, bu komandada debüt etməyib. İngiltərə klubu onu iki mövsüm "Jirona"ya icarəyə verib. 2018-ci ildə sağ cinah müdafiəçisi "Ştutqart"a transfer olunub. Lakin Bundesliqa klubu da onu ötən mövsüm "Jirona"ya icarəyə vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest