İngiltərənin "Vulverhempton" klubu heyətinə daha bir futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Portu"nun yarımmüdafiəçisi Vitor Ferreyranı (Vitinya kimi tanınır – red.) transfer edib.
 
"Vulverhempton" 20 yaşlı portuqal futbolçunu bir illik icarəyə götürüb. Amma İngiltərə klubu onun transfer məbləğini ödəməklə birdəfəlik almaq şansına da malikdir.
 
Vitinya "Portu"nun öz yetirməsidir. O, geridə qalan mövsümdən klubun əsas komandasında forma geyinməyə başlamışdı.
 
"Vulverhempton" bu yay Matiya Şarkiç, Fabio Silva və Fernando Marsal kimi futbolçuları da transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest