Almaniyanın "Ayntraxt" klubu "Milan"dan icarəyə götürdüyü Andre Silvanı birdəfəlik transfer edib.
 
Matc.az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb.
 
24 yaşlı portuqal hücumçu Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. 
 
"Ayntraxt" Silvanı 2019-cu ilin sentyabrında icarəyə götürmüşdü. Futbolçu geridə qalan mövsümdə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 16 qola imza atıb.
 
"Portu"nun yetirməsi olan Portuqaliya millisinin hücumçusu 2017-ci ildə "Milan"a transfer edilib, 2018/19 mövsümünü isə "Sevilya"da icarədə keçirib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest