Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" heyətini gücləndirməkdə davam edir. Matc.az xəbər verir ki, Bakı klubu bir neçə gündür Bakıda olan konqolu hücumçu Prins İbara ilə razılığa gəlib.

Azərbaycanı Avropa Liqasında təmsil edən "Neftçi" heyətini gücləndirməkdə davam edir. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi bir neçə gündür Bakıda olan konqolu hücumçu Prins İbara ilə razılığa gəlib.

Belçikanın "Beerşot" klubundan azad agent kimi yeni komandasına keçən 24 yaşlı forvard "ağ-qaralar"la 1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, "Neftçi" buna qədər yay fasiləsində Cabir Əmirli, Yusuf Laval, Sabir Buqrin, Rener Alves de Souza və Tallison Diazı transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest