İspaniyanın "Barselona" klubunda prezident seçkilərinin vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. "Barselona"da prezident seçkiləri martın 20-21-də keçiriləcək.
Seçkilər müxtəlif yerlərdə keçiriləcək və poçt vasitəsilə də səsvermə mümkün olacaq.
"Barselona"nın hazırkı prezidenti Xosep Maria Bartomeu bu dəfə namizədliyini irəli sürməyəcək. çünki o, ardıcıl iki dəfə bu vəzifəyə seçilib.