İngiltərənin "çelsi" klubunun yeni "10" nömrəsi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu nömrəli formanı yeni mövsümdən Kristian Pulişiç geyinəcək.
 
Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. 21 yaşlı amerikalı futbolçu indiyə qədər "22" nömrəli forma altında çıxış edirdi.
 
Qeyd edək ki, geridə qalan mövsümdə "çelsi"də "10" nömrəli forma braziliyalı futbolçu Villiana məxsus idi. Amma o, bu yay Londonun digər təmsilçisi "Arsenal"a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest