Türkiyənin "Kasımpaşa" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü "Gənclərbirliyi"ndə keçirmiş müdafiəçi Ahmet Oğuzu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
"Gənclərbirliyi"nin yetirməsi olan Ahmet Oğuz, ötən mövsüm paytaxt təmsilçisinin heyətində 19 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest