"Arsenal"ın hücumçusu Aleksander Lyakazett klubdakı gələcəyi ilə bağlı danışıb. Matc.az xəbər verir ki, fransalı forvard London təmsilçisindən ayrılmağı düşünmədiyini bildirib:

 "Burada titul qazanmaq üçün "Arsenal"la beş illik müqavilə imzaladım. İki il keçdi və komandadakı mövqeyimdən razıyam. Arteta ilə işləməyi sevirəm, komandamı tərk etmək firkim yoxdur".

Qeyd edək ki, Lyakazettlə "Atletiko" klubunun maraqlandığı iddia edilir. Madrid təmsilçisinin oyunçu üçün qışda verdiyi təklifi "Arsenal" rədd etmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest