"Barselona" klubu komandada maliyyə yükünü azaltmaq üçün12 futbolçunu satışa çıxarır. Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "Marca" nəşri məlumat yayıb.

Bildirilir ki, Luis Suares, Arturo Vidal, Rafinya Alkantara, Monçi, Oriol Buskets, Samuel Umtiti, Nelson Semedu, Jan Kleyr Todibo, Martin Breytveyt, Hektor Firpo, Mussa Vage və Xuan Miranda klubun gələcək planlarına daxil deyil.

Rəhbərliyin bu futbolçular üçün gələcək təklifləri dəyərləndirəcəyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest