18 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı bəlli olub.
 
Matc.az xəbər verir ki, millimiz sentyabrın 16-dan 22-dək təlim-məşq toplanışı keçirəcək.
 
Hazırlıq prosesi Bakıda gerçəkləşəcək. Toplanışa 26 futbolçu çağırılıb. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVİD-19 testindən keçəcəklər.
 
Hazırlıqda aşağıdakı futbolçular iştirak edəcək: 
 
Cavidan İzzətli, ülvü Mədətov, Süleyman Damadayev, Rauf Rüstəmli, Gülağa Əsədov, Taleh Qarayev (hamısı "Qəbələ"), Kamran Şəbiyev, Farrux Fərzəliyev, Vüsal Vəliyev, Vüsal Qənbərov, Əşrəf Zeynallı (hamısı "Sabah"), Rza Cəfərov, Nihad Həsənzadə, Cavanşir Şahbazi (hamısı "Neftçi"), Nihad Babayev, Rauf Ağasənov, Arif Məmmədov (hamısı "Səbail"), Uğur İbrahimov, Nurəli Nurəliyev, Əli Əliyev (hamısı "Zirə"), Rəşad Həsənov, Nihat Abbasov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı "Keşlə"), Nihad Ağayev (Sumqayıt), Musa Musazadə (Qarabağ).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest