Futbol üzrə Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Qalatasaray" ilk tur çərçivəsində "Qaziantep"i qəbul edib. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
 
Super Liqanın yeni iştirakçısı "Fatih Karagümrük" doğma meydanda "Yeni Malatyaspor"u darmadağın edib. "Göztəpə" də "Dənizlispor"a böyük hesabla qalib gəlib. "Sivasspor" isə evdə "Alanyaspor"a 2 cavabsız qolla uduzub.
 
Türkiyə Super Liqası
1-ci tur
11 sentyabr
 
Rizəspor – Fənərbaxça 1:2
Qol: Şkoda, 59 – G.Gönül, 76. Sosa, 86-pen.
 
12 sentyabr
 
Fatih Karagümrük – Yeni Malatyaspor 3:0
Qol: Zukanoviç, 4. Sobiex, 56. Sabo, 74-pen.
 
Sivasspor – Alanyaspor 0:2
Qol: Davidson, 22. Koker, 90.
 
Qalatasaray – Qaziantep 3:1
Qol: Falkao, 8-pen; 40. E.Kılınc, 28 – Ribeyro, 53.
 
Göztəpə – Dənizlispor 5:1
Qol: A.öztürk, 10-pen. Nukan, 25. H.Akbunar, 43. Mossoro, 51. Tripiç, 71 – O.Yılmaz, 62.
 
13 sentyabr
 
18:00 Ankaragücü – Ərzurumspor
18:00 Kayserispor – Kasımpaşa
21:00 Antalyaspor – Gənclərbirliyi
21:00 Trabzonspor – Beşiktaş
 
14 sentyabr
 
21:00 Hatayspor – Başakşəhər

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest