Futbol üzrə İsveçrə kubokunda 2-ci mərhələnin oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshoppers" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Lozanna Uşi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu qələbə "Qrasshoppers"i növbəti mərhələyə çıxarıb.
 
Renat bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest