İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Torino"dan Ola Eynanı transfer edib. Bu barədə "Fulhem"in mətbuat xidməti məlumat yayıb.
 
23 yaşlı yarımmüdafiəçi 2020/21 mövsümünü icarə əsasında "Fulhem"də keçirəcək. İngiltərə klubu mövsümün sonunda nigeriyalı futbolçunun transfer hüquqlarına sahib ola bilər.
 
"çelsi"nin yetirməsi olan Eyna, 2018-ci ilin yayından "Torino"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest