İspaniyanın "Atletiko" klubunun baş məşqçisi Dieqo Simeonedə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə argentinalı mütəxəssisdən götürülmüş koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. 50 yaşlı məşqçi dərhal ev şəraitində karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest