İngiltərə Premyer Liqasının XVI turunda "Fulhem"i qəbul edən "Mançester Yunayted" qələbə qazanmağa çox yaxındı. Matç.az saytının məlumatına görə, bu qarşılaşma "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku üçün əlamətdar alınıb.

42-ci dəqiqədə komandasının 3-cü qolunun müəllifi olan belçikalı forvard "Old Trafford"da uğursuzluq seriyasına son qoyub. 25 yaşlı hücumçu buna qədər axırıncı dəfə mart ayında "Suonsi" ilə ev oyununda fərqlənməyi bacarmışdı. Onun doğma arenadakı quru seriyası 997 dəqiqə çəkib.

Qeyd edək ki, son dəqiqələri gedən "Mançester Yunayted" - "Fulhem" matçında ev sahibləri 3:1 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest