İtaliyanın "Verona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Fiorentina"nın yarımmüdafiəçisi Marko Benassini heyətinə qatıb.
 
26 yaşlı futbolçu satınalma şərti ilə bir illik icarəyə götürülüb.
 
Benassi 2017-ci ildən "Fiorentina"nın uğurları üçün çalışır. "İnter"in yetirməsi olan futbolçu "Livorno" və "Torino"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest