Azərbaycan Premyer Liqasında 2-ci turun "Keşlə" ilə səfər matçında zədələnmiş "Qarabağ" klubunun və Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib. 
 
Matc.az xəbər verir ki, klubun mətbuat katibi Nurlan İbrahimov "Report"a açıqlamasında 23 yaşlı hücumçunun diz bağları və vətərlərində qırıq aşkarlanmadığını bildirib.
 
Əvəzində Emrelinin ayağında ciddi burxulma üzə çıxıb. Onun nə zaman sıraya dönəcəyi bədəninin verəcəyi reaksiyadan asılı olacaq. Futbolçunun Norveç "Molde"si ilə çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin oyununda çıxış edib-etməyəcəyi bəlli deyil. 
 
Qeyd edək ki, Mahir Emreli "Keşlə" ilə oyunun 37-ci dəqiqəsində zədələnərək, meydanı tərk edib. Matç qolsuz tamamlanıb. "Molde" ilə görüş sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da olacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest