Futbol üzrə Moldova çempionatında 9-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Floreşti" ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan qələbə ilə ayrılıb - 4:0.
 
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.
 
9 turdan sonra 17 xalı olan "Milsami" 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest