Futbol üzrə Türkiyə Super Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
"Ankaragücü" evdə "Ərzurumspor"a uduzub. "Kayserispor" "Kasımpaşa"nı, "Antalyaspor" "Gənclərbirliyi"ni məğlub yola salıb.
 
İlk turun maraqla gözlənilən qarşılaşmasında "Beşiktaş" çətin "Trabzonspor" səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb. 
 
Türkiyə Super Liqası
1-ci tur
11 sentyabr
 
Rizəspor – Fənərbaxça 1:2
Qol: Şkoda, 59 – G.Gönül, 76. Sosa, 86-pen.
 
12 sentyabr
 
Fatih Karagümrük – Yeni Malatyaspor 3:0
Qol: Zukanoviç, 4. Sobiex, 56. Sabo, 74-pen.
 
Sivasspor – Alanyaspor 0:2
Qol: Davidson, 22. Koker, 90.
 
Qalatasaray – Qaziantep 3:1
Qol: Falkao, 8-pen; 40. E.Kılınc, 28 – Ribeyro, 53.
 
Göztəpə – Dənizlispor 5:1
Qol: A.öztürk, 10-pen. Nukan, 25. H.Akbunar, 43. Mossoro, 51. Tripiç, 71 – O.Yılmaz, 62.
 
13 sentyabr
 
Ankaragücü – Ərzurumspor 1:2
Qol: Bolinqi, 61 – O.Karakullukçu, 75; 79.
 
Kayserispor – Kasımpaşa 1:0
Qol: Kvrziç, 2.
 
Antalyaspor – Gənclərbirliyi 2:0
Qol: B.Balçı, 41. H.özmert, 77.
 
Trabzonspor – Beşiktaş 1:3
Qol: A.ömür, 86 – Boyd, 29. Mensah, 64-pen. Lens, 74.
 
14 sentyabr
 
21:00 Hatayspor – Başakşəhər

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest