"0:3 böyükhesablı məğlubiyyətdir. Ancaq biz oyuna "Sabah"dan yaxşı başlamışdıq. Belə nəticə olacağını düşünməzdik. Buraxılan qollar öz səhvlərimizdən idi. Oyun baxımından rəqibdən geridə qalmadıq. Görüşün 0:3 bitməsi sensasiya oldu".

"0:3 böyükhesablı məğlubiyyətdir. Ancaq biz oyuna "Sabah"dan yaxşı başlamışdıq. Belə nəticə olacağını düşünməzdik. Buraxılan qollar öz səhvlərimizdən idi. Oyun baxımından rəqibdən geridə qalmadıq. Görüşün 0:3 bitməsi sensasiya oldu".

Bu sözləri matc.az saytına "Qəbələ"nin oyunçusu Qismət Alıyev Premyer Liqanın II turunda "Sabah"a qarşı oyunu dəyərləndirərəkən deyib. O, "qırmızı-qaralar"ın zaman keçdikcə daha yaxşı mübarizə aparacağını bildirib:

"Bu gün alınmasa da, növbəti oyunlar da xallar qazana biləcəyik. Açığı, yenə də böyük səhvlər etdiyimizi düşünmürəm. Nəzərə alaq ki, iki mərkəz müdafiəçimiz təzə gəlib. Onların komandaya uyğunlaşması lazımdır. Sonra bizə çox faydalı olacaqlar".

24 yaşlı yarımmüdafiəçi "Qəbələ"nin hazırkı heyəti və komandanın cari mövsümdəki hədəflərindən də danışıb: "Bizim üçün kimin "Qəbələ"dən güclü olub-olmamasının elə də fərqi yoxdur. Bütün komandalara qarşı eyni cür hazırlaşırıq. Hər kluba yeni oyunçular lazım olur. Bilirsiniz ki, braziliyalı  futbolçumuz komandaya qoşulub. Vaxt keçdikcə bizə uyğulanşalacaq və faydalı olacaq. Hədəflərimizə gəlincə, "Qəbələ" heç vaxt çempionatda qalmaq üçün oynamayıb. İlk öncə oyunumuzu yaxşılaşdırmalıyıq. Bu komanda həmişə avrokuboklar üçün mübarizə aparıb. Əlimizdən gəldikcə yuxarı pilləllər üçün çıxış edəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest