"Barselona"nın kapitanı Lionel Messi daha bir rekorda imza atıb. Matç.az saytının məlumatına görə, argentinalı superulduz bunu La Liqanın XV turunda "Espanyol"la səfər görüşündə bacarıb.

"Barselona"nın 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada dubl edən Leo cari mövsümdə qollarının sayını 11-ə çatdırıb və bombardirlər yarışında liderliyə şərik olub. O, ardıcıl 13 mövsümdə 10 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, bu mövsüm La Liqada Messinin aktivində 11 qolla yanaşı, 8 assist var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest