Türkiyə çempionu "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İstanbul klubu Şotlandiya "Seltik"inin sol cinah müdafiəçisi Boli Mbombonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı belçikalı futbolçu 1 illik icarəyə götürülüb. O, yeni komandasında "63" nömrəli formanı geyinəcək.
 
"Brügge"nin yetirməsi olan Mbombo "Sent-Trüden" və "Rapid" (Vyana) klublarının da uğurları üçün çalışıb. O, 2019-cu ildən "Seltik"in formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest