Türkiyənin "Sivasspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi mərakeşli yarımmüdafiəçi Faysal Fajrı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Fajr, son mövsümü "Xetafe"də keçirib. Mərakeş yığmasından 30-dan çox oyun keçirmiş futbolçu daha öncə "Kan", "Deportivo", "Elçe" kimi klublarda da forma geyinib. Təcrübəli futbolçu karyerası ərzində 285 rəsmi oyun keçirib, 30 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest