"Roma" ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Dieqo Perotti zədələnib.
 
O, komandasının "Kalyari"yə qarşı keçirdiyi yoxlama oyununda (2:2) sıradan çıxıb.
 
Artıq ətraflı həkim müayinəsindən keçən təcrübəli futbolçunun azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
 
Perotti 2016-cı ildən "Roma"da çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest