Futbol üzrə İngiltərə Premyer Liqasında yeni – 2020/21 mövsümünün ilk turunun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
"çelsi" səfərdə "Brayton"la münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı matçda London təmsilçisi inamlı qələbə qazanıb. 
 
"Vulverhempton" da "Şeffild Yunayted"lə səfər matçından qalib ayrılıb.
 
İlk turda keçirilməli olan "Bernli" – "Mançester Yunayted" və "Mançester Siti" – "Aston Villa" oyunları isə təxirə salınıb.
 
İngiltərə Premyer Liqası
1-ci tur
12 sentyabr
 
Fulhem – Arsenal 0:3
Qol: Lakazette, 8. Qabriel, 49. Obameyanq, 57.
 
Kristal Pelas – Sauthempton 1:0
Qol: Zaha, 13.
 
Liverpul – Lids 4:3
Qol: Salah, 4; 33; 88-pen. Van Deyk, 20 – Harrison, 12. Bemford, 30. Klix, 66.
 
Vest Hem – Nyukasl 0:2
Qol: Uilson, 56. Hendrik, 87.
 
13 sentyabr
 
Vest Bromviç – Lester 0:3
Qol: Kastan, 56. Vardi, 74-pen; 84-pen.
 
Tottenhem – Everton 0:1
Qol: Kalvert, 55.
 
14 sentyabr
 
Şeffild Yunayted – Vulverhempton 0:2
Qol: R.Ximenes, 3. Sayss, 6.
 
Brayton – çelsi 1:3
Qol: Trossard, 54 – Jorjinyo, 23. R.Ceyms, 56. Zuma, 66.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest