İngiltərə çempionatının I turunun qapanış matçında "çelsi" səfərdə "Brayton"u məğlub edib -3:1. Matc.az xəbər verir ki, bu qələbə londonlular üçün əlamətdar olub.

Belə ki, "zadəganlar" dünənki qalibiyyətlə Premyer Liqa tarixində 2000-ci xallını qazanıb. Komanda bu nəticəni göstərən üçünçü klubdur. Daha öncə "Mançester Yunayted" (2234) və "Arsenal" (2014) bunu bacara bilmişdi.

Qeyd edək ki, "çelsi"ni "Liverpul" (1951) və "Tottenhem" (1654) klubları izləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest