Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə İrkutsk "Zenit"i ilə qarşılaşıb. "Ximki" bu oyunda minimal hesabla qalib gəlib – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
 
"Ximki" bu qələbə sayəsində üç komandanın yer aldığı 5-ci qrupda liderliyi ələ keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest