Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Türkiyənin "Qalatasaray" klubu Azərbaycana gəlib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə az əvvəl Bakıya eniş edib.

Baş məşqçi Fatih Terim bu gün axşam saatlarında Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini keçəcək.

Qeyd edək ki, sentyabrın 17-də baş tutacaq "Neftçi" – "Qalatsaray" görüşü saat 20:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest