"Maraqlı, əzmkar mübarizə izlədik. Qalib gəldiyimiz üçün futbolçulara təşəkkür edirəm. Klubumuz ağır dönəm keçirir. Oyundan-oyuna artırır, baxımlı futbol sərgiləyirik". Matç.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.

TPL-in XIV turunda səfərdə "Sabah"la qarşılaşan paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Matçdan sonra təşkil olunan mətbuat konfransında oyunu dəyərləndirən mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb: " Son 15 dəqiqəni çıxmaqla, oyunumuzdan razı qaldım. Artıq güc bitmək üzrə idi. Ona görə sonluğu nəticəyə oynadıq. Bu görüşdə qələbə bizə çox vacib idi. İstədiyim futbolun 70-80 faizini izləyə bildik. Qarşıda "Qarabağ"la kubok oyunu gəlir, ciddi hazırlaşacağıq".

- Diallonun tez-tez səvhlərə yol verməsini nə ilə əlaqələndirərdiniz?

- Səhvsiz futbolçu olmur. Səhvlərin davamının gəlməməsi üçün kənardan iradlarımızı bildiririk. Oyun olan yerdə səhvlər də olmalıdır. Biz də çalışırıq ki, səhvlər az olsun. 

- Sərtan Taşkın əvəzlənməsini istəyirdi. Amma onu meydanda bir müddət də saxladınız...

- Kənardan daha rahat görünür. Amma daxildə başqa cürdü. Sərtana dedim ki, bir müddət qala bilərsən? Ondan xahiş etdim ki, meydanda qalsın. çünki zədəsi elə ciddi deyildi. 

- Elnur Cəfərovu cəzalandırdığınız deyilir...

- Mən heç kimi cəzalandırmamışam. Bura gələndə əvəzedici heyətdə idi. Əvəzedicilərin də, U-19 komandamızın da oyunlarını izləməyə başlamışam. Hazırda Elnurun çıxışından razı deyiləm.

- Amma hələ də əvəzedicilərin oyunlarına getmir...

- Bu, mənə yox, bu komandanın baş məşqçisinə aid sualdır. 

- Baş hakimə iradlarınız nə ilə əlaqədar idi?

- Hakim səhvləri olur. Təbii qarşılamaq lazımdır. Bir insanın 22 futbolçunu idarə etməsi çox çətindir. Gələcək oyunlarda belə hadisələr olmaz.

(sportnet.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest