İngiltərənin "Arsenal" klubu qapıçısı Emiliano Martineslə vidalaşıb.
 
Matc.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı qolkiper karyerasını "Aston Villa"da davam etdirəcək. Sözügedən klubun yaydığı məlumata görə, argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Birmingem təmsilçisi bu keçid üçün "Arsenal"a 20 milyon funt-sterlinq ödəyib.
 
Emiliano 2012-ci ildən "Arsenal"da çıxış edirdi. Onun "topçular"la müqaviləsi 2022-ci ilin yayına qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest