"Futbolçularımı təbrik edirəm. çempionatın son oyununda vacib qələbə qazandılar. Tapşırıqları yerin yetirdilər. Rəqibin itkiləri var idi. Futbolçularımən oyunundan və nəticədən razı qaldım. Samir Abasova uğurlar arzulayıram". Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə "Zirə"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

 -  İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu "Arsenal"la oyuna hazırlıq xarakteri daşıyırdı?

- Hələ tam qərar verməmişəm. Oyundan əvvəl də belə fikrim var idi. Avropa Liqasında da bu sxemlə oynaya bilərik.

- Komanda "Arsenal"la matça nə dərəcə hazırdı?

- Hamı bilir ki, son oyundu. Düşünürəm ki, diqqətli və ciddi hazırlaşmayıq. Bu gündən başlamalıyıq.

- Bədavi Hüseynov ucaboylu müdafiəçilərdəndi. Amma künc zərbələrində irəli getmir…

- Uca boylu olmaq başla yaxşı oynamaq demək deyil.

- Penalti epizodunda Araz Abdullayev topa yaxınlaşdı. Bunu özü istədi?

- Araz bizim vacib oyunçularımızdan biridi. O Ukraynadakı matçda da fərqlənib. Sadəcə qolu vura bilmədi. 

- Komandada yüksəliş var. Futbolçular təzyiqdən azad olublar?

- Hardasa ola bilər. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. çatışmayan cəhətlərin üzərində işləyirik.

 - Emeqara zədəlidir. Onun komandadan ayrılmaq ehtimalı varmı? 

- Heç bir qərar verməmişik. Heç kimlə bu barədə danışmamışam. Hər biri bizim oyunçudu.

 - Dünən milli komanda ilə yollarınızı ayırdınız. özünüzü necə hiss edirsiniz?

- Normal. Millədə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest