"Real"ın yarımmüdafiəçisi Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, Madrid təmsilçisi uelsli futbolçunu "Tottenhem"ə icarəyə verməyə hazırlaşır.

Məlumata görə, tərəflər arasında razılıq əldə olunub. Transferin cümə günü açıqlanması gözlənilir. London klubu Beylin maaşının yarısını ödəyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2008-2013-cü illərdə "Tottenhem"də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest