PSJ klubunun futbolçuları baş məşqçi Tomas Tuxelin işindən narazıdırlar. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, oyunçular komandanın taktikasının olmadığını düşünürlər.

Məlumata görə, onlardan bir neçəsi artıq klubda çıxış etmək istəmir. Bəziləri isə PSJ-nin oyun planının "topu Neymara ver" olduğunu bildirir.

Adı açıqlanmayan futbolçulardan biri "Marsel" görüşündə (0:1) komandanın nə oynadığının bəlli olmadığını və məşqçilər heyətinin yaxşı işləmədiyindən şikayətlənib.

Qeyd edək ki, Paris təmsilçisi Liqa1-in ilk turunda "Lans"a, ikinci görüşdə isə "Marsel"ə 0:1 hesabı ilə məğlub olub. Komanda çempionatda ilk qələbəsini dünən "Mets"ə qarşı alıb -1:0.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest